Paşinyan Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığı aparıb.

Viral.az xəbər verir ki, həmsöhbətlər Ermənistan-Finlandiya əlaqələrinin gələcək inkişafı və genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Xüsusilə iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Son Yazılar:

Nikol Paşinyan və Aleksandr Stubb Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşməsinə, ölkədə həyata keçirilən demokratik islahatlara, həmçinin Ermənistan-Azərbaycan sülh prosesi və regional təhlükəsizliklə bağlı məsələlərə toxunublar.