Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, İtaliya və Macarıstan azadlıq uğrunda mübarizə aparan iki ölkədir və heç vaxt Brüsselə, dünya güclərinə, eləcə də miqrantlara təslim olmayacaq.
Viral.az xəbər verir ki, bunu Macarıstan Baş nazirinin ofisinin rəsmi nümayəndəsi Zoltan Kovaç X sosial şəbəkəsində deyib.
“Biz 1848-ci ildə azadlıq uğrunda mübarizə aparanların varisləriyik və heç vaxt nə Brüsselə, nə dünya güclərinə, nə miqrantlara təslim olacağıq”, – deyə Kovaç Orbanın çıxışdan sitat gətirib.