79 yaşlı qadına zəng ediblər ki, bacın ağır qəza keçirib, təcili pul lazımdır. “Təki bacım sağalsın, gəlin pulu götürün”, – deyə cavab verən qadın onları ünvana dəvət etməklə qapıda 20000 manatı naməlum şəxsə verib.
Viral.az xəbər verir ki, bu hadisə barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Sonradan məlum olub ki, 79 yaşlı qadın aldadılıb. Vaxt itirmədən 102-yə məlumat verilib. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə – Bakı şəhər sakinləri M.Əsgərli və G.İsrafilov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar davam etdirilir.
Son Yazılar:
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
- Köklük, piylənmə 13 növ xərçəngi ARTIRIR
“Bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi, bu cür hallarla rastlaşdıqda isə dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermələrini tövsiyə edirik”, – DİN-in Mətbuat xidməti bildirib