İnzibati Xətalar Məcəlləsində tullantılarla bağlı cərimələrin artırılması ilə bağlı dəyişikliklərin sosial şəbəkələrdə insanların demək olar müsbət reaksiyasına səbəb olduğu müşahidə edilib, çünki bir çox ölkələrdə sanksiya dərəcələri demək olar yüksəkdir.
Viral.az xəbər verir ki, bunu Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc parlamentin oktyabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, cərimələrin artırılması ilə “kimsə büdcə dolduracaq” kimi anlayış və yanaşmalar tamamilə yalnışdır:
Son Yazılar:
- “Rusiyada səfərbərliyə ehtiyac yoxdur” – Peskov
- Oğlumun canına and olsun ki, 100 min də versən, bunu etmərəm
- Dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 24 %-ə yaxın ARTIB
“Real mənzərəyə bir az geniş aspektdən baxmalıyıq. Misal olaraq, 2018-ci ilin göstəricilərinə görə, 10 min şəxs tütün məmulatlarının atılması ilə bağlı 383 min manata yaxın cərimələnib. Göründüyü kimi rəqəmlər böyük deyil”.
Z.Oruc vurğulayıb ki, qanunun fəlsəfəsi ilk növbədə insanları kütləvi cərimələmək deyil, əksinə çəkindirici funksiyasıdır.