Rusiyanın Tolyatti şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, şəhərin Liza Çaykina küçəsindəki mənzilin eyvanında boyun və bədən nahiyəsində bıçaq xəsarətləri olan 2 və 5 yaşlı qızların meyitləri tapılıb.
İlkin məlumata görə, azyaşlılar 13 yaşlı ögey bacıları tərəfindən öldürülüb. Qətldə şübhəli bilinən qız saxlanılıb.
Son Yazılar:
- Azərbaycanda bu şəxslərin maaşları artırıldı – RƏSMİ
- Qar yağacaq, bəzi çaylardan sel keçəcək
- “Bu müharibədə qalib olmayacaq” – Çindən Trampa CAVAB
Bildirilir ki, öldürülən körpələrin anası qızlara baxmaq üçün böyük qızını evdə qoyub. Qətldən sonra məktəbli parka gəzintiyə çıxıb və polis onu orada tapıb. O, telefonla anasına cinayəti etiraf edib.
Rusiya Federasiyasının İstintaq Komitəsi qətllə bağlı cinayət işi açıb.