Ermənistan MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısında qəbul olunan iki bəyanatın müzakirəsinə qatılsa da, sonradan bu sənədləri imzalamaqdan imtina edib.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O deyib ki, həmin bəyanatlar hazırlanarkən rəsmi İrəvanın təkliflərinin əksəriyyəti nəzərə alınıb.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Zaxarova həmçinin rəsmi İrəvanın sözügedən sənədləri imzalamamasının səbəbləri barədə suala qısa cavab verib: “Bu sualı onların özünə ünvanlayın”.
Qeyd edək ki, sözügedən qurumun son iclasında iştirak edən Ermənistanın nümayəndə heyəti “Avrasiya regionunda təhlükəsizliyin təmin olunmasının prinsipləri” və “Beynəlxalq Əlaqələrin qurulması zamanı təktərəfli tədbirlərin həyata keçirilməsi” barədə bəyanatları imzalamayıb.