Ermənistan oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında qəbul edilmiş “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” bəyanatın layihəsinin hazırlanmasında iştirak etsə də, sonradan sənədi imzalamayıb.
Viral.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Nyus.ru”nun sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, İrəvan mətnlə bağlı təkliflər versə də, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yekun sənədi imzalamayıb.
Son Yazılar:
- Aeroport yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı
- Bakıda 200-dən çox insan işsiz qaldı
- Bakıda 21 yaşlı qız faciəvi şəkildə ÖLDÜ
“Mənə elə gəlir ki, o, niyə belə etdiyini sizə özü desə, daha yaxşı olar”, – M.Zaxarova qeyd edib.