ABŞ-də 1700-dən çox uçuş təxirə SALINDI

ABŞ tarixinin ən dağıdıcı qasırğalarından biri olacağı proqnozlaşdırılan “Milton” qasırğasının yerli vaxtla oktyabrın 9-u axşam saatlarında (Bakı vaxtı ilə oktyabrın 10-u səhər saatlarında) Floridanın qərb sahillərinə daxil olması gözlənilir.

Viral.az xəbər verir ki, quruya çatan zaman 3-cü və ya 4-cü kateqoriyaya enəcək qasırğanın sürətinin saatda 200-210 kilometr olacağı bildirilib.

ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına əsasən, bu, qərbi və mərkəzi Floridada indiyə kimi qeydə alınmış ən güclü qasırğalardan biri olma potensialına malikdir.

Son Yazılar:

Qasırğa ilə bağlı evakuasiya işləri oktyabrın 7-dən başlayıb. Qasırğanın ən çox əhatə edəcəyi Tampa, Sarasota və Fort Myers bölgələrində yaşayan 5,5 milyon insana yaşadığı əraziləri tərk etmək əmri verilib.

Qasırğaya görə ölkə üzrə 1700-dən çox uçuş təxirə salınıb.