Növbəti illərdə Azərbaycanda su ehtiyatlarında azalmanın davam edəcəyi gözlənilir.
Viral.az xəbər verir ki, bu barədə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.
Strategiyada bildirilib ki, Dünya Resursları İnstitutunun son tədqiqatına əsasən, Azərbaycan 2050-ci ilə qədər su ehtiyatlarının azalması ilə üzləşəcək 164 ölkə arasından 59-cu yerdə qərarlaşıb və orta-yüksək (20−40 % su stresi) risk kateqoriyalı ölkə kimi təsnif edilib.
Son Yazılar:
- Ərdoğan yenilməz olduğumuza işarə etdi
- Sahibə Qafarova Tacikistan Prezidenti ilə GÖRÜŞDÜ
- Azərbaycanda “İPHONE 16 PRO MAX” almaq üçün neçə gün işlənilməlidir?
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına təqdim etdiyi Milli Hesabatına əsasən, Azərbaycanın su ehtiyatlarının həcmi (transsərhəd su ehtiyatları ilə birlikdə) qlobal temperaturun artma səviyyəsindən asılı olaraq 2040-cı ilə 5−10 % və 2070-ci ilə 10−15 %, digər ssenari üzrə isə 2040-cı ilə 10−15 % və 2070-ci ildə 15−25 % azalacağı proqnozlaşdırılır.