Tanınmış aparıcı AzTV-də işə düzəldi

Tanınmış teleaparıcı Ceyhun Səfər yenidən efirə qayıdır.

 

Viral.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

 

O, AzTV-də xəbərlər verilişi aparacaq.,

 

Aparıcı bundan əvvəl “AzVirt” MMC-də mətbuat katibi işləyib.

 

C.Səfər buna qədər “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ondan öncə isə uzun illər ATV kanalında xəbər aparıcısı və redaktor kimi fəaliyyət göstərib.