Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə”də finala yüksəlib.
Viral.az xəbər verir ki, idmançı yarımfinalda Gürcüstan təmsilçisi Dimitri Qoçilaidzeyə qalib gəlməklə buna nail olub. Eyni çəki çəkidəki Ömər Rəcəbli təsəlliverici görüşdə uduzub.
Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq. Nəriman Mirzəyev (hər ikisi 73 kq) isə əvvəlki raundlarda məğlub olaraq mübarizəni erkən dayandırıb.
Son Yazılar:
- Azərbaycanda bu şəxslər yüksək vəzifələrini itirdilər – ADLAR
- Məşhur müğənni 18 yaşındakı fotosunu paylaşdı – İzləyicilər böyük maraqla qarşıladı
- Növbəti il fantastik olacaq – Orban
Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc mükafat əldə edib.
Qeyd edək ki, “Böyük Dəbilqə” oktyabrın 13-də başa çatacaq.