Sabah Bakının bu ərazisində qaz olmayacaq XƏBƏRDARLIQ

Sabah Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Viral.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Səbail rayonu, Bayıl qəsəbəsində, Xəzər rayonu, Binə qəsəbəsində və Binəqədi rayonu, Biləcəri qəsəbəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 15-də saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Son Yazılar:

Qaz təchizatı dayandırılan müddətdə Pirşağı qəsəbəsinin, Bayıl qəsəbəsinin Z.Yusifzadə, S.Qədimova, A.Əliyev, Ə.Nəzmi, L.Babayev küçələrinin, Binə qəsəbəsinin Gürcüstanlılar məhəlləsinin, Biləcəri qəsəbəsinin Y.Hüseynov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.