Oğuzda ərəblər qəzaya düşdü: Xəsarət alan var

Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Viral.az report.az-aistinadla xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Oğuz rayon sakininin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Son Yazılar:

Nəticədə avtomobildə olan sürücü və Səudiyyə Ərəbistanının iki vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağı araşdırma aparılır.