Qanı durulaşdırmaq üçün bu salatı YEYİN

Qanı durulaşdırmaq və trombdan qorunmaq üçün qırmızı kələmə üz tutun.

Viral.az “Medicina.az”-a istinadən xəbər verir ki, dietoloq Natalya Denisova qırmızı kələmin faydasını danışıb:

“Qırmızı kələmdə yüksək miqdarda antosianlar var, onlar orqanizmin hüceyrələrini zədələnmədən qoruyur və qanın xassələrini yaxşılaşdırır, onu durulaşdırır.

Son Yazılar:

Bu da tromb əmələ gəlməsinin qarşısını alır.

Antosianlar qanı daha axıcı edir, damar divarlarını da qoruyur, ateroskleroza qarşıdır.

Sübut olunub ki, mütəmadi qırmızı kələm yeyənlərdə tromboz və ürək-damar problemləri əhəmiyyətli dərəcədə az olur.

Bu kələmdə olan çox miqdar kalium isə bədəndən artıq duzu, mayeni çıxarır.

Nəticədə təzyiq düşür, ürək qüvvətlənir.

Qırmızı kələmdən mayonezsiz, duzsuz salat ən yaxşı variantdır. Amma bu salat xroniki qastrit, mədə-bağırsaq, köpü olanlara olmaz. Bu adamlar kələmi bir qədər pörtlədib, sobada bişirib yeyə bilərlər”.