“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında ikən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.
Bu barədə Viral.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, metropolitenin normativ tələblərinə uyğun olaraq, sərnişinlərin düşürülməsi zərurəti yaranıb.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
Lakin stansiyada sərnişin sıxlığı səbəbi ilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib. Qatar depoya yola salınıb, əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var.