Xırdabuynuzlu heyvanları oğurlayan qohumlar saxlanıldı

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Rəhimli kənd sakinləri gecə saatlarında onlara məxsus tövlələrdən xırdabuynuzlu heyvanların oğurlandığını bildiriblər. 

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Viral.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törədən Nahid Tahiroğlu və  qohumu İnqilab Səlimov saxlanılıb. Onlar oğurladıqları xirdabuynuzlu heyvanları Şamaxı rayonunda satdıqlarını, əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər. 

Son Yazılar:

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.