Almaniyada azərbaycanlı tələbə itkin DÜŞDÜ

Almaniyada yaşayan azərbaycanlı tələbə Tamerlan Təhməzov itkin düşüb.

Viral.az xəbər verir ki, bu barədə Lent.az-a həmin ölkədə yaşayan həmyerlilərimiz məlumat veriblər.

Bildirilir ki, T. Təhməzov Berlin şəhərində doktorantura üzrə təhsil alır. O, bir neçə gündür, itkin düşüb və ailəsi ondan xəbər ala bilmir.

Son Yazılar:

Həmçinin qeyd olunub ki, son günlər Tamerlanda psixoloji problemlər yaranıb, hətta yaşadığı yerə də getməyib.

Onun tapılması üçün polisə müraciət edilib. Hazırda tədbirlər görülür.