Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sürüşməsi olub.
Viral.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.
O bildirib ki, hazırda Agentliyin mütəxəssisləri hadisə yerindədir:
Son Yazılar:
- Professor İlham Rəhimov Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru oldu
- Türkiyədə güclü zəlzələ oldu – Dağıntı və tələfat…
- Ombudsman jurnalist yazı və uşaq rəsm müsabiqələri elan ETDİ
“Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək”.
Ə.Əliyev, həmçinin məlumat verib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.