Xəbər verdiyimiz kimi, oktyabrın 19-u gün ərzində və 19-dan 20-nə keçən gecə saat 02:30-dan 05:30-dək COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Viral.az xəbər verir ki, Bakı şəhər DYPİ və AYNA birgə məlumat yayaraq yolların siyahısını açıqlayıb.
Bildirilib ki, bu məqsədlə Hava Limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkəti dəyişdiriləcək.
Son Yazılar:
- Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə ETDİ
- Beş vəkilə xəbərdarlıq olundu, dörd vəkilə töhmət VERİLDİ
- “Real” klubunun avtobusu İngiltərədə qəzaya UĞRADI
Hərəkət iştirakçılarından xahiş edilir ki, monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək.
Heydər Əliyev hava limanına gedəcək vətandaşlardan səfərlərini tətbirdən daha öncə planlamaları və alternativ yollardan istifadə etmələri xahiş edilr.
Eyni zamanda qeyd edilir ki, 19 oktyabr gündüz saatlarında şatl avtobuslarının fəaliyyətinin monitorinqi ilə bağlı həyata keçiriləcək tədbirlər zamanı yollarda hər hansı bir məhdudiyyət tətbiq olunmayacaq.
Yollarda hərəkətin tənzimlənməsinə dair daha ətraflı məlumat DİN tərəfindən veriləcək.