Ukraynada “Xalqın Xidmətçisi” partiyasının üzvü, deputat İrina Allahverdiyeva 20 milyon qriven məbləğində vəsaiti mənimsəmədə ittiham olunur.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna Milli Antikorrupisya Bürosunun məlumatında deyilir.
Müəyyən edilib ki, deputat 2021-2022-ci illərdə onun rəsmi gəlirlərini və əmanətlərini üstələyən 20 milyon qrivendən çox aktivlərə sahib olub.
Son Yazılar:
- Azərbaycanda bu şəxslərin maaşları artırıldı – RƏSMİ
- Qar yağacaq, bəzi çaylardan sel keçəcək
- “Bu müharibədə qalib olmayacaq” – Çindən Trampa CAVAB
Bildirilir ki, deputat qanunsuz əldə etdiyi gəlirlə Odessa yaxınlığında ev alıb və hazırda orada yaşayır.
Faktla bağlı araşdırmalar davam edir.