Türkiyənin Antalya vilayətinin Kəmər rayonunda hoteldə yanğın baş verib, orada istirahət edənlərin hamısı obyektdən çıxarılıb.
Viral.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Məlumata görə, yanğın Kemerin Beldibi bölgəsindəki bir hoteldə baş verib.
Son Yazılar:
- TƏBİB-dən Tağı Əhmədovun ölümü ilə bağlı AÇIQLAMA
- ABŞ-də strateji nüvə qüvvələrinin illik təlimləri BAŞLADI
- Azərbaycanla Ermənistan razılaşdılar – FOTO
Mənbənin sözlərinə görə, yanğın siqnalından sonra əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.
Türkiyənin “Demirören” agentliyinin yerli hakimiyyət nümayəndələrinə istinadən verdiyi məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb.