“Armavir-Gümrü yolu tikilib, gəlib-gedən insanların sayı artıb və siz onlara nə lazım olduğunu düşünməlisiniz ki, bunu təklif edərək özünüz də gəlir əldə edə biləsiniz”.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 18-də Şirak vilayətində kəndlilərlə söhbət zamanı bildirib.
“Kiçik işlərdən başlayın. Pul tələb etməyən şeylər var. Məsələn, Dilican yollarında insanlar onillərdir bişmiş qarğıdalı satırlar. Bunun üçün böyük maliyyə investisiyaları tələb olunmur, bir qazan, 15 ədəd qarğıdalı və odun lazımdır”, – deyə Paşinyan bildirib.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
Kəndlilərdən biri qeyd edib ki, onlarda suvarma suyu olmadığı üçün qarğıdalı yetişdirə bilmirlər.
“Siz düşünürsünüz ki, Dilicanda qarğıdalı yetişdirirlər? Biz suvarma suyu məsələsini həll edəcəyik, amma bu bir-iki il çəkə bilər. Nə edək? İki il oturub gözləyək?”, – deyə Paşinyan cavab verib.