Hər zaman aktuallığını qoruyan mövzulardan biri də evin tək oğlunun əsgər aparılmasıdır. Tək övlad nəslin yeganə davamçısı hesab olunur. Bunu nəzərə alaraq evin tək övladının hərbi xidmətə çağrılmaması ilə bağlı addımlar atılmalıdırmı?
Viral.az xəbər verir ki, mövzu ilə bağlı Sosioloq Əhməd Qəşəmoğlu danışıb.
Sosioloq açıqlamasında ölkədə çoxuşaqlı ailələr çoxluq təşkil etdiyi zaman bununla bağlı addımların atılmağının mümkünlüyünü vurğuladı:
Son Yazılar:
- ABŞ-də təyyarə qəzaya uğradı: Ölən VAR
- Azərbaycanda bu şəxslərə 285 manat veriləcək
- Şəkidə 21 yaşlı gənc faciəvi şəkildə ÖLDÜ
“Diqqət versəz mən ölkədə 3 uşaqlı ailə modelini təbliğ edirəm. Amma təəssüf ki, uyğun qurumlar bunu eşitmir. Bizdə hökmən 3 uşaqlı ailə modelinə ehtiyac var. Çünki, təsəvvür edin ki, hər ailədə bir uşaq olur, həmin doğulan uşaq isə oğlandır. Sabah yenidən müharibə başladı və hamının evində də bir oğlan uşağı var, o zaman gərək heç kəsi hərbi xidmətə çağırmayaq. Ölkədə elə bir inkişaf modeli olmalıdır ki, belə hallar yaşanmasın. Çoxuşaqlı ailələr üstünlük təşkil etdikdə, qeyd etdiyiniz məsələni qaldırmaq olar. Amma bütün ailələrdə bir oğlan uşağı var və müharibə başlayıbsa başqa çıxış yolu yoxdu. Bu səbəbdən də hər ailədə ən azı 3 uşağın olması istiqamətidə ölkədə ciddi işlərin görülməyinə ehtiyac var” (Sonxeber.az).