“Nizami-28 May” tunel yolu mənzilində tüstüləmə olub.
Viral.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, dərhal yüksək gərginlik çıxarılıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna məlumat verilib. “Nizami” stansiyası sərnişinlərin girişinə bağlanıb.
Son Yazılar:
- “Salyanski kazarma”nın zabitinə 10 il yarım həbs: 2 milyonluq əmlakı ALINDI
- Bakıda sahibkarın 31 il əvvəlki qətlinin üstü AÇILDI
- Ədalət Verdiyev həbs EDİLDİ
***
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, tüstüləmənin mənbəyi bilinib və 25 dəqiqədən sonra stansiyada hərəkət bərpa olunub.
Onun sözlərinə görə, stansiyada sərnişinlərin hərəkəti üçün təhlükə yoxdur. B.Məmmədov qeyd edib ki, hazırda yaşıl və qırmızı xətlərdə qatarların hərəkətinin intervala uyğun bərpası istiqamətində işlər görülür.
“Hadisə ilə bağlı sərnişinlərdən hər hansı müraciət daxil olmayıb”, – o əlavə edib.