Rusiyada partlayış: 4 ölü, 9 yaralı

Rusiyanın Tambov vilayətinin Kirsanov şəhərində yaşayış binasında qaz partlayışı olub.

Viral.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Partlayış nəticəsində 4 nəfər ölüb, 9 sakin isə yaralanıb.

Son Yazılar:

Qeyd edək ki, bu gün saat 05:00 radələrində (Bakı vaxtı ilə təxminən 06:00) Kirsanovun çoxmərtəbəli yaşayış binasında yanğınla müşayiət olunan məişət qazının partlayışı baş verib.

Şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.