“Neftçi” “Səbail” üzərində qələbə QAZANDI

Azərbaycan Premyer Liqasının X turunda “Neftçi” “Səbail” üzərində qələbə qazanıb.

Viral.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda “Neftçi Arena”da baş tutan görüşdə 3:1 hesablı qələbə qazanıb.

“Neftçi”dən qolları Ramil Şeydayev (45+3) və Dembo Darbo (58, 67) rəqib qapısından keçirib. “Səbail”in heyətində isə 90+3-cü dəqiqədə Samir Abdullayev fərqlənib.

Son Yazılar:

Qeyd edək ki, X turda bu gün baş tutan “Şamaxı” – “Araz Naxçıvan” görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turun ötən gün keçirilən “Kəpəz” – “Qarabağ” matçından isə Ağdam təmsilçisi böyük hesablı üstünlüklə ayrılıb – 5:0. X turun digər görüşləri sabah oynanılacaq.