ABŞ-nin vitse-prezidenti Kamala Harris, demokratlardan ən yüksək dövlət vəzifəsinə namizəd olaraq, üç qərarsız ştatda seçici dəstəyi səviyyəsinə görə respublikaçılardan olan rəqibi Donald Trampı qabaqlayır.
Viral.az xəbər verir ki, bu, “Newsweek” jurnalında dərc edilmiş “Bullfinch Group” sorğusunun nəticələrindən bəlli olub.
Məlumata əsasən, Harrisin ən böyük üstünlüyü Miçiqan ştatındadır, burada sorğuda iştirak edənlərin 53 faizi onu dəstəkləyir, Trampa isə respondentlərin 45 faizi güvənir.
Son Yazılar:
- “Salyanski kazarma”nın zabitinə 10 il yarım həbs: 2 milyonluq əmlakı ALINDI
- Bakıda sahibkarın 31 il əvvəlki qətlinin üstü AÇILDI
- Ədalət Verdiyev həbs EDİLDİ
Digər iki ştatda – Viskonsin və Pensilvaniyada iki namizəd arasındakı fərq xəta payı çərçivəsindədir. Viskonsində Harris Trampı üç faiz bəndi (f.b.), Pensilvaniyada isə bir f.b. qabaqlayır.
Qeyd olunub ki, sorğu üç ştatın sakinləri arasında 11-17 oktyabr tarixlərində keçirilib və ona 1,8 min nəfər qatılıb. Tədqiqatın xəta payı 4 f.b. təşkil edir.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.