İsrail Baş nazir Binyamin Netanyahunun Qeysəriyyədəki iqamətgahına edilən hücuma cavab verəcək.
Viral.az xəbər verir ki, bu barədə “The Jerusalem Post”a diplomatik mənbə bildirib.
“Sui-qəsd cəhdinə cavab veriləcək”, – mənbə söz verib. Onun sözlərinə görə, İran Netanyahuya qarşı sui-qəsd cəhdinə görə məsuliyyət daşıyır, çünki İsrailə qarşı çıxan Livanın “Hizbullah” qruplaşmasını dəstəkləməkdə davam edir.
Son Yazılar:
- 35 şirkətin rəhbəri həbs edildi – Bu vəzifəlilərlə əlbir imiş
- Bu ərazilərdə yağış yağır – FAKTİKİ HAVA
- Gündəlik kofe içənlər DİQQƏTLƏ oxusun – Bağırsaq bakteriyalarının tərkibini dəyişdi
Xatırladaq ki, oktyabrın 19-da “Hizbullah” İsrailin Baş naziri Binyamin Netanyahunun Qeysəriyyədəki şəxsi iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində xəsarət alan olmayıb. Baş nazir və həyat yoldaşı Sara hücum vaxtı iqamətgahda olmayıb.