Makrondan narazılıq rekord həddə ÇATDI

Fransızlar arasında prezident Emmanuel Makronun fəaliyyətindən narazılıq rekord həddə çatıb.

Viral.az xəbər verir ki, bu barədə “Le Journal du Dimanche” qəzeti Fransa İctimai Rəy İnstitutunun keçirdiyi sorğuya istinadən məlumat yayıb.

Məlumata görə, respondentlərin 78%-i Makronun prezident kimi fəaliyyətini bəyənmir, respondentlərin 22%-i isə dövlət başçısının işindən razıdır:

Son Yazılar:

“Fransanın Baş naziri Mişel Barnyenin də reytinqi aşağı düşür. Sorğu iştirakçılarının 60%-i hökumət başçısının fəaliyyətini bəyənmir, sorğuda iştirak edənlərin 40%-i isə onun işindən razıdır”.