Ayfon 16 rekord sürətdə UCUZLAŞIR

Analitiklərin hesablamalarına görə, ən son Ayfon modelləri Android-in qabaqcıl rəqiblərindən daha sürətlə ucuzlaşır.

Viral.az Lent.az-a istinadən xəbər verir ki, alınandan iki həftə sonra Ayfon 16 seriyalı smartfonlar ABŞ-ın təkrar bazarında orijinal qiymətindən orta hesabla 41,2% ucuz satıla bilər.

Məlumata görə, bu, Ayfon üçün rekord qıran göstəricidir.

Son Yazılar:

Bildirilir ki, Ayfon satışlarının ilk iki həftəsində Ayfon 15-dən 8% daha tez dəyərsizləşir. Üstəlik, bu tendensiya yalnız standart modellərdə deyil, bütün xətt boyunca müşahidə olunur.

Eyni zamanda, Samsunq cihazları əks mənzərəni göstərir.

Anilitiklər qeyd edir ki, Ayfonlar uzun müddətdir ki, mobil qurğular arasında ən yaxşı investisiya hesab edilir. Çünki onlar müəyyən müddətdən sonra sərfəli şəkildə satıla bilər. Bununla belə, Ayfon 12-dən başlayaraq hər yeni nəsil əvvəlkindən daha tez dəyərini itirdi. Bu, yeni smartfon seçərkən istehlakçıların qərarlarına əhəmiyyətli dərəcədə təsir edə bilər.