ABŞ və Avropada göy öskürək hallarının sayı artıb. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, göy öskürək hallarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, beş dəfə artaraq ölkə daxilində 18,500-ü keçib. Bu, 2014-cü ildən bəri ən böyük göstərici kimi qeyd alınıb.
Göy öskürək yoluxucu bir infeksiyadır. Soyuqdəyməyə bənzər simptomlarla başlayır və zamanla şiddətli və uzunmüddətli öskürəyə səbəb ola bilər. Bu səbəbdən xəstəliyə “100 günlük öskürək” də deyirlər. Göy öskürəyin başlanğıcında burun axması, asqırma və yüngül qızdırma baş verə bilər. Xəstəlik irəlilədikcə şiddətli öskürəyə çevrilir. Bu da, əsasən, gecələr pisləşir.
Öskürək tutmaları zamanı tənəffüs çətinləşə və bəzi hallarda qusma da baş verə bilər. Peyvənd olunmamış və ya qismən peyvənd olunmuş körpələrin göy öskürəyə yoluxma təhlükəsi daha yüksəkdir.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Mütəxəssislər göy öskürəyin qarşısını almağın ən təsirli yolunun peyvənd olduğunu vurğulayıblar. Antibiotiklər göy öskürəyi müalicə etmək üçün istifadə olunur, lakin bu müalicə adətən xəstəliyin erkən mərhələlərində təsirli olur.
Alimlər COVID-19 pandemiyası zamanı göy öskürək hallarının əhəmiyyətli dərəcədə azaldığını müşahidə ediblər. Onlar bu azalmanı pandemiya zamanı görülən tədbirlərlə əlaqələndiriblər (sfera.az).