Azərbaycana gətirilən tibbi vasitələri üçün ekspertizaya sənəd qəbulu dayandırılır

Azərbaycana gətirilən bəzi tibbi vasitələri üçün ekspertizaya sənəd qəbulu müvəqqəti dayandırılır.

 

Viral.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Son Yazılar:

 

Bildiririk ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanuna əsasən, I risk qrupuna aid tibb vasitələri istisna olmaqla, dövlət qeydiyyatına alınmadan tibb vasitələri idxal oluna bilməz.

 

Bununla əlaqədar olaraq, yaxın günlərdə tibb vasitələrinin qeydiyyat prosesinin başlanılmasının gözlənildiyinə görə, Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən tibb vasitələrinin idxalı (I risk sinfinə daxil olan tibb vasitələri istisna olmaqla) və tibb vasitəsi olub-olmaması ilə bağlı ekspertizası üçün sənəd qəbulu müvəqqəti dayandırılır.