Biz Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasını keçirdik. İclasda ikitərəfli və yüksək səviyyəli görüşlər, layihələr barədə danışdıq.
Viral.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
O bildirib ki, iki ölkənin Xarici İşlər nazirliklərinin və hökumətlərarası komissiyanın iclası mütəmadi şəkildə keçirilir.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Nazir qeyd edib ki, Azərbaycan ilə Macarıstan arasında BMT, NATO, ATƏT, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivələrdə əməkdaşlığın xüsusi əhəmiyyəti var.