Ermənistan tərəfindən sülhlə bağlı növbəti layihəni almışıq.
Viral.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.
Son Yazılar:
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
- Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
O qeyd edib ki, Ermənistan təkliflərini bir neçə gün bundan öncə Azərbaycan tərəfinə təqdim edib.
Xatırladaq ki, dünən, iyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan İrəvanın təklifləri Bakıya təqdim etdiyini açıqlayıb.
Aprelin 26-da Ermənistanın Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi aldığı barədə məlumat yayılıb.
Bundan əvvəl aprelin 8-də İrəvan Bakının saziş layihəsi ilə bağlı 8-ci təkliflər paketinə cavab verib.