Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən Azər Maqsudovun məhkəmə prosesi keçirilib.
Viral.az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində onun həyat yoldaşı Günay Maqsudova ifadə verib.
O, ifadəsində həyat yoldaşının günahsız olduğuna əmin olduğunu söyləyib:
Son Yazılar:
- Bakının bu ərazisində qaz OLMAYACAQ
- “G7” ölkələri ABŞ-dən sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq EDƏCƏK
- İranda baş verən zəlzələ Ordubadda hiss EDİLDİ
“Biz dörd ildir həmin yoldan istifadə edirik. Hadisə vaxtı da mən və qızım avtomobildə idik. Qəflətən sağ tərəfdən avtomobilə nəsə çırpıldı, yoldaşım avtomobili saxladı, arxaya baxanda kiminsə yıxıldığını gördük. Yoldaşım və qızım onu avtomobilə qoydular, Sabunçu xəstəxanasına çatdırdıq. Biz aparanda hələ ki sağ idi”.
G.Maqsudova bildirib ki, bu cür hadisə hamının başına gələ bilər: “Onu xəstəxanaya apararkən alkoqol qoxusu gəlirdi. Sonradan mərhumun alkoqol qəbul etdiyi məlum oldu. Heç kim avtomobillərin sıx hərəkətdə olduğu yoldan belə keçməz. Hadisə psixoloji durumuma mənfi təsir edib”.
Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin olunub.
Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.
Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.
A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.