2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 42 milyon 995 min ABŞ dolları dəyərində 36 min 705 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
Viral.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 54% və ya 12 min 887 ton, dəyər ifadəsində isə 46.6% və ya 13 milyon 672 min ABŞ dolları artıb. 2023-cü ilin ilk 8 ayında Azərbaycana 29 milyon 323 min ABŞ dolları dəyərində 23 min 818 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
Hesabat dövründə Azərbaycana Malaziyadan 11 min 853 ton, İndoneziyadan isə 24 min 851 ton palma yağı idxal edilib.
Son Yazılar:
- Azərbaycan Güləş Federasiyası Qazax şəhərində seminar KEÇİRDİ
- Bakıda 2-ci sinif şagirdi vəfat etdi – FOTO
- Britaniyanın Rusiyadakı səfirinə etiraz notası VERİLDİ
Xatırladaq ki, son 30 ildə marqarin istehsalında trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir.
Qeyd edək ki, eyni zamanda bütün dünyada marqarin istehsalında da palma yağından geniş istifadə olunur. Bu ilin 8 ayında Azərbaycanda 30 min 645 ton marqarin istehsal edilib ki, bununda 857 tonu ixrac edilib.