Bu universitetlərdə yağış tavandan içəri axdı

Bakıda ötən gün səhər saatlarında başlayan yağıntılar universitetlərə də təsirsiz ötüşməyib.

Viral.az xəbər verir ki, intensiv yağışlar nəticəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında problem yaşanıb. Akademiyada yağış suları tavandan içəri axıb.

Eyni vəziyyət Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü korpusunda da baş verib. Yağış suları auditoriyadakı partaların üstünə tökülüb.

Son Yazılar:

baku.ws.az-a istinadla sözügedən görüntüləri təqdim edirik:

***

Yağıntılı hava Xəzər Universitetində də bir sıra fəsadlara yol açıb.

Belə ki, universitetin yeməkxanasını su basıb. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.