Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə (“Sabunçu keçidi” adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədinin aşkarlanması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında qeyd edilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.
Son Yazılar:
- Bu baş verərsə, tammiqyaslı müharibəyə keçəcəyik
- Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
- Okean dərinliklərindən gələn sirli səslər nədir?
“Eyni zamanda, media nümayəndələrindən və sosial media istifadəçilərindən dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik”, – açıqlamada bildirilir.