Azərbaycanda növbəti sürət qatarı Bakı-Balakən-Bakı istiqamətində bu ilin sonunda və ya gələn ilin əvvəlində açılacaq.
Viral.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu istiqamətdə hazırlıq işləri aparılır.
Son Yazılar:
- Dişinizdə çürük varsa… – Xərçənglə arasındakı əlaqə
- Bu həftə xəyallarının qapısını açacaq ALTI BÜRC
- Təcili yardım maşını qəzaya düşdü: Yaralılar var
R. Rüstəmov “Report”a bildirib ki, Balakən istiqamətində yol infrastrukturu yenilənir, çünki bu dəmir yolu xətti tamamilə köhnədir: “Balakənə yataq tipli vaqonlardan ibarət olan qatar istifadə olunacaq. Köhnə nəsil yataq tipli vaqonlar nisbətən müasirləşdirilməlidir. Məsafə uzaq olduğuna görə insanlar yataq tipli vaqonlar istəyirlər. Buna görə məsələlərə hərtərəfli baxılır”.
Xatırladaq ki, Azərbaycan dəmir yollarının ümumi uzunluğu 2 957,73 kilometr, istismar uzunluğu 2 137,34 kilometr, onun 807,39 kilometri qoşa yolludur.
ADY hazırda Bakı-Pirşağı-Sumqayıt, Bakı-Xırdalan-Sumqayıt, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətlərində sərnişin daşıyır.
Ölkədə dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyul aylarında 4 milyon 524,2 min sərnişin daşınıb, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,5 % çoxdur. Doqquz ayın yekunlarına görə isə bu rəqəm 6 milyon nəfərə yaxınlaşıb.
ADY 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7 milyon sərnişin daşıyıb.