Ankarada TUSAŞ aerokosmik şirkətinin obyektinə qarşı hücum baş verib.
Viral.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya öz sosial şəbəkə hesablarında açıqlayıb.
Onun sözlərinə görə, Kahramankazanda baş verən terror hücumu zamanı həlak olanlar və xəsarət alanlar var. Bununla belə, say hələ qeyd olunmayıb.