Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 24-də Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Viral.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Məlumata görə, Ə.Əsədov Ankara şəhərində yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib.
Son Yazılar:
- Azərbaycanda bu şəxslər yüksək vəzifələrini itirdilər – ADLAR
- Məşhur müğənni 18 yaşındakı fotosunu paylaşdı – İzləyicilər böyük maraqla qarşıladı
- Növbəti il fantastik olacaq – Orban
Baş nazir bu ağır faciə ilə əlaqədar Türkiyənin vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıb.