İsveçrə Ukrayna münaqişəsində açıq-aşkar qərbyönlü mövqe tutaraq ənənəvi neytrallıq siyasətindən uzaqlaşır.
Viral.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Kreml nümayəndəsi konfederasiyada ən böyük İsveçrə Xalq Partiyasının Ukrayna nizamlanması ilə bağlı ölkədə hazırlanan konfransı birtərəfli adlandıran mövqeyini şərh edib. Partiya hesab edir ki, Rusiyanın təmsil olunmayacağı tədbir Moskvanın “opponentlərinin konfransı”na çevriləcək. Peskov müzakirəni Bernin daxili işi adlandırıb. “Bizim bu partiyanın arqumentləri ilə razılaşacağımız aydındır”, – o əlavə edib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
“İsveçrə neytrallığa əsaslanan çoxdankı ənənəvi xəttindən uzaqlaşır,” -deyən Rusiya liderinin mətbuat katibi bildirib ki, İsveçrə Ukrayna məsələsində artıq kifayət qədər neytrallığını itirib.
(redaktor.az)