Azərbaycan Texnologiya Universitetinin nümayəndə heyəti Qarabağ Universitetində oldu

Azərbaycan Texnologiya Universitetinin nümayəndə heyəti Qarabağ Universitetini ziyarət edib. Qonaqlar Qarabağ Universitetinin müasir infrastrukturu və tədris laboratoriyaları ilə tanış olublar.

Viral.az xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayıb və ölkə başçısı tərəfindən Universitetə göstərilən yüksək diqqət və qayğıdan bəhs edib. İlk tədris ilində tələbə qəbulunun müsbət nəticələri barədə danışan rektor Qarabağ Universitetinin strateji hədəfləri barədə məlumat verib. Tələbəyönümlü və tədqiqat əsaslı universitet quruculuğu istiqamətində görülən işlərdən danışan Ş.Bayramov potensial tərəfdaşlıqlardan gözləntilərini səsləndirib.

Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifələrini icra edən Yaşar Ömərov Xankəndi şəhərində olmaqdan yüksək məmnunluq hissləri keçirdiyini diqqətə çatdırıb. Qarabağ Universitetinin maddi infrastrukturunu və akademik potensialını yüksək qiymətləndirən Y.Ömərov təmsil etdiyi Azərbaycan Texnologiya Universitetində reallaşdırılan kadr hazırlığı və elmi-tədqiqat istiqamətləri barədə məlumat verib.

Son Yazılar:

Görüşdə universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlıq imkanları haqqında geniş fikir mübadiləsi aparılıb.