Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antoniu Quterrişin ölkəyə səfər etmək istəyini rədd edib.
Viral.az xəbər verir ki, buna Baş katibin Kazanda keçirilən BRICS sammitində iştirakı səbəb olub.
“Quterriş Kazandan sonra Ukraynaya gəlmək istəyirdi, lakin Prezident onun səfərini təsdiq etmədi. Buna görə də Quterriş burada olmayacaq”, – Ukrayna prezident administrasiyasındakı mənbə bildirib.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Ukrayna Xarici İşlər Nazirliyi Quterrişin Kazana səfərini tənqid edərək, onun iyunda Ukraynanın İsveçrədə təşkil etdiyi sülh sammitində iştirak etmədiyini xüsusi vurğulayıb. “Bu, sülh işinə töhfə verməyən səhv seçimdir. Bu, yalnız BMT-nin nüfuzuna xələl gətirir”, – qurumdan vurğulanıb.