Flora Kərimova məhkəmədə Ülviyyə Alovluya qalib gəldi

Apellasiya Məhkəməsi Ülviyyə Alovlunun “Floranı udmuşam” qısa təntənəsini təkrar haqlı zəfərimlə sonlandırdı.
 

Viral.az xəbər verir ki, bunu Xalq artisti Flora Kərimova sosial şəbəkədə yazıb.
 

“Bilgi, təmkin, alicənablıq insanın naxışıdır. Haqqın vicdanlı keşikcisi olmaq hünərdir. Tanrının bəxşişi olan bu insani simaların sahibi olmaq isə şərəfdir.

Son Yazılar:

Apellasiya Məhkəməsinin ədalətli hakimlərinə çox sağolum var. Qalib vəkilim Elcan Həsənlinin uca könlünə Tanrıdan fərəh diləyib, bütün şübhələrdən uzaq olan vicdanına çox sağ ol, deyirəm”, – Flora Kərimova qeyd edib.

Qeyd edək ki, F.Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü.Alovluya qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılmışdı. 

Xatırladaq ki, Ü.Alovlu bir müddət əvvəl sosial şəbəkə hesabında “Flora Kərimova məni verdiyi Apellyasiya Məhkəməsində də növbəti dəfə uduzdu” paylaşımını etmişdi.