Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək BMT-nin iqlim konfransında (COP29) iştirak üçün dəvət alıb.
Viral.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi rəhbərinin müavini Paruyr Ovannisyan deyib.
“Bu məsələ həm sülhün bərqərar olması, humanitar məsələlərin həlli, həm də tədbirin gündəliyi ilə bağlı bir neçə aspektdə müzakirə olunur. Bilirsiniz ki, bu, iqlim dəyişikliyinə həsr olunmuş ən mötəbər beynəlxalq tədbirdir. Bütün şərtləri nəzərə alaraq, yaxın vaxtlarda Ermənistanın tədbirdə hansı səviyyədə təmsil olunacağına qərar verəcəyik”, – o qeyd edib.
Son Yazılar:
- Bakıda NATO nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ
- Məşhur müğənni səhnəyə ağlayaraq vida etdi – FOTO
- “Sabah” yeni baş məşqçisini rəsmən AÇIQLADI
“Mirzoyanın COP29-da iştirakının mümkün olub-olmaması ilə bağlı suala Ovannisyan “heç bir variant istisna edilmir” cavabını verib. O, əlavə edib ki, “hər şey yaxın həftələrdə baş verəcək hadisələrdən asılıdır”.