Bazar ertəsi Sumqayıt şəhərində suyun verilişində fasilə yaranacaq.
Bu barədə Viral.az-a Sumqayıt Sukanal idarəsindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran d450mm-lik su kəmərində təmir bərpa işləri ilə əlaqədar olaraq oktyabrın 28-də səhər saat 09:00-dan axşam saat 22:00-a qədər kəmərin su ilə təmin etdiyi, Qızıl qum, Köhnə Corat qəsəbələrinin bir hissəsi, Bağlar ərazisi və 9-cu mikrorayon ev 72, 73, 74, 75 ünvanlarında suyun dayandırılması nəzərdə tutulub
Son Yazılar:
- Gürcüstanda səslər sayılır – Orban artıq təbrik yazdı
- U-23 dünya çempionatının qızıl medalçısı Jalə Əliyeva Vətənə QAYITDI
- Maşın almaq istəyənlərə ŞAD XƏBƏR – Bu avtomobillər ucuzlaşdı