Beynəlxalq səyyahlar Ağdamda

33 beynəlxalq səyyahdan ibarət qrup Ağdamı ziyarət edib.

Viral.az xəbər verir ki, səyyahlar işğal dövründə Ermənistanın şəhərdə törətdiyi dağıntılar, eləcə də hazırda aparılan tikinti-bərpa işləri ilə tanış olublar.

Qonaqlar bərpa edilmiş Ağdam məscidində, Çörək muzeyi, Dram Teatrının xarabalıqlarında və Şəhidlər xiyabanında olublar.

Son Yazılar:

Ekskursiya zamanı səyyahlara şəhərin işğaldan əvvəlki tarixi fotoşəkilləri təqdim olunub.

Qeyd edək ki, “Piki Reels” səyyah klubunun təşkil etdiyi səfər çərçivəsində 12 ölkədən – ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail, Kolumbiya, Niderland və digər ölkələrdən bir qrup səyyah Qarabağ və Şərqi Zəngəzura gəlib.