“Səbail” daha bir futbolçunun müqaviləsinin müddətini UZATDI

“Səbail” daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.

Viral.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rüfət Abdullazadə ilə yeni – 2 illik müqavilə imzalanıb.

23 yaşlı yarımmüdafiəçi Bakı təmsilçisinin heyətində Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə meydana çıxdığı 35 oyunda (2015 dəqiqə), 6 qola, 5 məhsuldar ötürməyə imza atıb.

Son Yazılar:

Qeyd edək ki, Bakı təmsilçisi buna qədər Ağabala Ramazanov və Adil Nağıyevlə yolları ayırdığını, Yusif Nəbiyev, Hüseynəli Quliyevlə müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.