Azərbaycan ilə Beynəlxalq Dəniz Təşkilatının potensial əməkdaşlığı müzakirə edildi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominquez ilə görüşüb.

 

Viral.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Son Yazılar:

 

“Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominquez ilə görüşdük. Ölkəmizdə dənizçilik sahəsində həyata keçirilən yeniliklər və planlaşdırılan işlər haqqında məlumat verdik. Qarşılıqlı məqsədlərimizə nail olmaq üçün IMO ilə potensial əməkdaşlığı müzakirə etdik”, – paylaşımda qeyd olunur.